Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb - VİDEO

Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb - VİDEO

Tarix: 17 May 2023 19:44

Şəki sakini iddia edir ki, ona verilən əlillik pensiyası vaxtından əvvəl dayandırılıb. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 37 yaşlı Telman Mahmudov tuşlayıcı tankçı operator kimi  2005-ci ildə xidmətdə olarkən  qarın nahiyəsindən ağır xəsarət alaraq 2-ci qrup əlil olub və 2022-ci ilin sentyabr ayınadək pensiya alıb.

O, deyir ki, pensiyanın dayandırılması dekabrda tətbiq olunmalı idi, lakin 3 ay tez kəsilib.

Telman Mahmudov təkrar  əlilliyin təsdiqi üçün ayrı ayrı qurumlarda müalicə alıb.

"Amma əlillik statusu təsdiq olunmayıb."

Hazırda pensiyasının kəsilməsi onun maddi durmuna ciddi təsir göstərib. Vətəndaş dəfələrlə dövlət statuslu xəstəxanalarda müalicələr aldığını deyir. Məsələ həllini tapmayınca o, məhkəməyə müraciət etməli olub.  

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov "Xəzər Xəbər"ə  bildirib ki, Şəki rayon sakini Mahmudov Telman Ramazan oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı elektron sistemə müxtəlif vaxtlarda daxil edilmiş hər iki göndəriş hərbi səbəblə əlaqəli olduğu üçün o, 20 oktyabr 2022-ci il və  2 mart 2023-cü il tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin hər iki əyani müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər olmadığı müəyyən edilib.

Bu səbəbdən "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq qərar qəbul edilərək, ona əlillik təyin edilməsindən imtina olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb VİDEO


RƏYLƏR