Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladlarını məktəbdə qeydiyyatdan keçirə bilməyənlərin nəzərinə - VİDEO

Övladlarını məktəbdə qeydiyyatdan keçirə bilməyənlərin nəzərinə - VİDEO

Tarix: 18 May 2023 19:00

Aradan 1 həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,qarşıdakı aylarda uşaqlarını 1-cı sinifə göndərəcək valideynlər indidən problemlə üzləşiblər.

Valideynlər  bildirir ki, yaşadığı yerə yaxın ərazidə övladını məktəbə qoya bilmir.

Məsələyə Elm və Təhsil Nazirliyi də münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq.

Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər.

Bəs bu problemin yaşanmaması üçün nə edilə bilər?

Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim  açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa neqativ halların qarşısını vaxtında almaq mümkün olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Övladlarını məktəbdə qeydiyyatdan keçirə bilməyənlərin nəzərinə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ