Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2023 00:48
Zaqatalada özünü informasiya saytının rəhbəri kimi təqdim edib, dələduzluqla məşğul olan şəxs həbs edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edən, rayonun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayev saxlanılıb.
Onun barəsində Zaqatala Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan qərarı çıxarılıb.
Qeyd edək ki, V. Musayev barəsində carı ilin fevral ayının sonlarında Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.