Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2023 11:25
"Filmə çəkilmək istəmirəm. Başqa sənətdir, ciddi yanaşmaq lazımdır. Aktyora desəniz ki, müğənni olmaq istəyirsən? Hamı kənardan ona qəribə baxacaq. Mən də aktyor olmaq istəsəm yaxşı baxmazlar".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan "ATV səhər"ə müsahibəsində deyib. Müğənni film təklifləri alsa da, çəkilməməsindən danışıb:
"Mənim sənətim müğənnilikdir. "Bəyin oğurlanması"nda məni baş rola dəvət etdilər. Etiraz etdim, gərək Tofiq İsmayılov çəkərdi onu. o da dedi ki, Sərxan çəkilmirsə, mən çəkmirəm. Onu da verdilər Ceyhun Mirzəyevə".