Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Forsaj 10”dan 319 milyon dollar qazandılar

“Forsaj 10”dan 319 milyon dollar qazandılar

Tarix: 22 May 2023 17:50

"Forsaj 10" filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.

Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Milli.Az


Etiketlər:  Forsaj 10dan 319 milyon dollar qazandılar


RƏYLƏR