Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu kanala düşərək öldü

Futbolçu kanala düşərək öldü

Tarix: 23 May 2023 08:34

Niderland polisi Amsterdamda gecə gəzintisi zamanı kanala düşən italyan futbolçu Qabriele Qallaninin ölümü ilə bağlı araşdırmalara başlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "ParmaToday" məlumat yayıb.

Belə ki, 24 yaşlı idmançı bir çox gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzinti zamanı yoldaşlarının arxasınca gedərkən ehtiyatsızlıq nəticəsində kanala düşüb.

Suya düşən şəxs barədə siqnal daxil olduqdan sonra xilasedicilər, o cümlədən dalğıclar, təcili tibbi yardım maşınları hadisə yerinə gəlib.

Ağır vəziyyətdə sudan çıxarılan şəxs xəstəxanaya aparılıb və bir neçə saat sonra orada ölüb.


Etiketlər:  Futbolçu kanala düşərək öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ