Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni barda dava saldı - VİDEO - FOTO

Müğənni barda dava saldı - VİDEO - FOTO

Tarix: 24 May 2023 12:35

Rusiyanın məşhur "Zveri" qrupunun solisti və lideri Roman Bilık Samara vilayətindəki barlardan birində dava salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Molodoqvardeyskaya küçəsindəki "8bit" adlı barda baş verib. Şahidlərin sözlərinə görə, "Roma Zver" kimi tanınan musiqiçi bara gəldiyi zaman artıq sərxoş halda olub. Daha sonra o, qonaqlardan biri ilə mübahisə etməyə başlayıb. Roman Bilık mübahisə etdiyi şəxsi bayıra çağırıb və təkbətək dalaşmağı tələb edib.

Lakin müğənninin dostları buna imkan verməyiblər. Onlar vəziyyətə müdaxilə etməyə müvəffəq olublar və müğənnini təcili şəkildə bardan aparıblar.

Milli.Az


Etiketlər:  Müğənni barda dava saldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ