Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naməlum metal əşya yaşayış binasının üzərinə düşdü - FOTO

Naməlum metal əşya yaşayış binasının üzərinə düşdü - FOTO

Tarix: 24 May 2023 23:02

Polşanın qərbində, Kuyav-Pomeraniya bölgəsi ilə sərhəd yaxınlığında Rakov şəhərində yaşayış binasının üzərinə naməlum metal əşya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, obyekt dam örtüyünə ciddi ziyan vurub, onu dəlib və içəri düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda prokurorluqda araşdırma aparılır. Araşdırmaya mülki aviasiya xidmətlərinin cəlb olunduğu qeyd edilir. Lakin onlar obyektin təyyarənin elementi olduğunu istisna ediblər.

Milli.Az


Etiketlər:  Naməlum metal əşya yaşayış binasının üzərinə düşdü FOTO


RƏYLƏR