Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2023 08:02
Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində baş vermiş güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Meksikanın "Milenio" qəzeti məlumat yayıb.
Qəzet qaz kəmərinin şəxsi təsərrüfat sahəsində partladığını yazır. Partlayışdan sonra alov sütunu 20 metrə çatıb. Hadisə yerində neft-qaz şirkətinin mütəxəssisləri, xilasedicilər, yanğınsöndürənlər və Təhlükəsizlik Nazirliyinin əməkdaşları işləyir.
Yaxınlıqdakı evlərin sakinləri üçün müvəqqəti sığınacaq təşkil edilib.