Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceymi Foks insult keçirdi - FOTO

Ceymi Foks insult keçirdi - FOTO

Tarix: 25 May 2023 16:34

Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi "Back in Action" filminin çəkilişləri dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" 56 yaşlı boksçu Mayk Taysona istinadla xəbər verib. Qeyd edək ki, Foks avtobioqrafik filmdə əfsanəvi idmançını canlandırır.

"O, özünü yaxşı hiss etmir. Dedilər ki, insultdur. Ona nə olduğunu bilmirəm", - deyə Tayson bildirib.

Başqa mənbələr də nəşrə bu məlumatı qismən təsdiq ediblər.

"Məsələ burasındadır ki, Ceyminin sağlamlıq problemləri indi olduqca ciddi görünür, onlarla müqayisədə əvvəllər olan gecikmələr çox kiçik görünə bilər. Təbii ki, bu, çox kədərlidir və hamı onun yaxşılaşmasını istəyir", - deyə mənbə bildirib.

Qeyd edək ki, Hollivud ulduzu Kemeron Diazın kinoya qayıdışı kimi təqdim edilən filmin çəkilişləri zamanı aktyor Ceymi Foks təcili olaraq xəstəxanaya yerləşdirilib. Aktyorun yaxınları onun diaqnozunu açıqlamasalar da, onun artıq özünü yaxşı hiss etdiyini və artıq ailəsi ilə danışdığını bildiriblər.

Milli.Az


Etiketlər:  Ceymi Foks insult keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ