Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tufan 12 nəfərin ölümünə səbəb oldu

Tufan 12 nəfərin ölümünə səbəb oldu

Tarix: 26 May 2023 22:22

Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bir neçə sakinin itkin düşməsinə səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-dən başlayan tufan ştatın bir neçə rayonunda ciddi dağıntılar törədib. Ölüm halları şiddətli yağışın və güclü küləyin təsirindən evlərin və hasarların uçması nəticəsində qeydə alınıb. Ölü sayının artma ehtimalı var. Çünki təbii fəlakətin müşahidə olunduğu yaşayış məntəqələrinin hamısından məlumatlar daxil olmayıb.

Mülki müdafiə qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə cəlb olunub. Evləri yararsız hala düşənlər çadırlarda yerləşdirilib. Tufan bir neçə yaşayış məntəqəsində kommunikasiya xətlərini, elektrik naqillərini qırıb. Bəzi yollarda su və palçıq axını səbəbindən hərəkət dayandırılıb.

Meteorologiya departamentinin məlumatına əsasən, küləyin sürəti saatda 96 kilometrə çatıb. Qurum bu cür hava şəraitinin 3-4 gün davam edəcəyini proqnozlaşdırıb.

Milli.Az


Etiketlər:  Tufan 12 nəfərin ölümünə səbəb oldu


RƏYLƏR