Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 17:12
İranla "İslam Əmirliyi" ("Taliban") arasında hərbi toqquşmanın arealı genişlənir.
Sonxeber.net bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, tərəflər arasında hərbi qarşıdurma kəndlərə sıçrayıb. Hər iki tərəf ağır silah və minaatanlardan istifadə edir.
Xatırladaq ki, mayın 27-də İranla Əfqanıstan sərhədində atışma baş verib.
Əfqanıstanın Nimruz şəhəri ilə sərhəddə "İslam Əmirliyi" qüvvələri ilə İran sərhədçiləri arasında toqquşma olub.
Münaqişənin səbəbi məlum deyil.