Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO

Müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 30 May 2023 11:10

Məşhur rusiyalı müğənni Slava xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Anastasiya Slanevskaya məlumat verib.

Onun sözlərinə görə, ailəsinin bütün üzvləri, o cümlədən yeni doğulmuş uşaq və ulduz nənəsi də xəstələnib. Xəstəliyin ciddi əlamətləri ilk olaraq Slavada hiss edilib.

43 yaşlı sənətçi pnevmoniya şübhəsi ilə təcili yardım maşınına mindirilib və xəstəxanaya aparılıb.

Slavada yüksək hərarət, ürəkbulanma, qusma şikayətlərinin üzə çıxdığı, həmçinin güclü öskürəkdən əziyyət çəkdiyi bildirilib.

Milli.Az


Etiketlər:  Müğənni təcili xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR