Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya xaricdə hərbi bazaları artırmalıdır - Bondarev

Rusiya xaricdə hərbi bazaları artırmalıdır - Bondarev

Tarix: 30 May 2023 23:36

Vaşinqtonun Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricdə hərbi bazalarımızın yaradılmasını zəruri edir, Rusiya KTMT ölkələrində, Abxaziya və Cənubi Osetiyada, Dnestryanıda mövcudluğunu gücləndirməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev deyib.

"ABŞ-ın Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricdə rus hərbi bazalarının yaradılması zərurətinə gətirib çıxarır. Soyuq müharibə dövründə SSRİ-nin Şərqi Avropada, eləcə də Cənub-Şərqi Asiyada (Vyetnam) və Kubada geniş hərbi bazalar şəbəkəsi var idi", - senator bildirib.

Bondarev Rusiyanın Afrika ölkələri ilə də əlaqələrinin gücləndiyini söyləyib.

Milli.Az


Etiketlər:  Rusiya xaricdə hərbi bazaları artırmalıdır Bondarev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ