Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 07:24
Peru paytaxtının mərkəzi Azərbaycan bayrağının rənglərinə boyanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə report-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Mayın 28-də Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores bələdiyyəsinin binası 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.