Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada neft emalı zavodu vuruldu

Rusiyada neft emalı zavodu vuruldu

Tarix: 31 May 2023 08:34

Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatı ilə vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Kuban dairəsinin Severski rayonundakı "Afipski" neft emalı zavodunda baş verib.

Nəticədə mazut çənlərindən biri yanır. Vilayətin qubernatoru Veniamin Kondratyev məlumatı təsdiq edib.

"Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın başlayıb. Mazutun distillə edən qurğularından biri yanır. İlkin səbəb PUA-dır. Biz artıq yanğını lokallaşdıra bilmişik. 100 kv.m sahədə yanğın baş verib, tələfat yoxdur".

Milli.Az


Etiketlər:  Rusiyada neft emalı zavodu vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ