Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 17:10
Türkiyədə 14 və 28 may tarixlərində keçirilən seçkilərin nəticələrindən biri də Prezident İdarəetmə Sisteminin növbəti dəfə xalqın etimadını doğrultmasıdır.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib. Millətimizlə birlikdə 29 oktyabr 2023-cü ildə Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. "Türkiyə əsri" daha böyük hədəflərə çatmaq əzmidir. Seçimindən asılı olmayaraq səsvermədə iştirak edərək milli iradəsinə sahib çıxan bütün vətəndaşlarımıza təşəkkür edirəm", - deyə prezident Ərdoğan qeyd edib.
Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,16% səslə qalib olub.