Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

Tarix: 2 Iyun 2023 21:30

Fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaşını və onun azyaşlı oğlunu itirən aktyor Uğur Aslan televiziya proqramlarından birində göz yaşlarını saxlaya bilməyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Uğur Aslan zəlzələdən bir neçə gün sonra hündür bir təpəyə çıxıb Kahramanmaraşa baxması barədə danışıb.

"Yüksəkdən baxanda yaşanan faciənin miqyasını görmək olurdu. O an təbiətin üzümüzə tüpürdüyünü hiss etdim. Biz bu günə qədər öz nəfsimiz, var-dövlət uğrunda təbiətə o qədər zərər vermişik ki, bir gün onun dönüb intiqam alacağını düşünməmişik.

Malın, pulun, nə qədər boş bir şey olduğunu o zəlzələdə dərk etdim. İmkanları olan bir insanam. Amma qardaşımla onun oğlunun meyitini çırıq bir yorğana büküb, əzik, köhnə bir arabada daşımalı oldum. Bütün imkanlarıma baxmayaraq, bu faciə mənə güzəşt etmədi. Təbiət bizə dərs verdi, üzümüzə qusdu, tüpürdü", - o bildirib.

Milli.Az


Etiketlər:  O ağır intiqam aldı üzümüzə tüpürdü Uğur Aslan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ