Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2023 17:50
Almaniyanın Apolda şəhərində (Türinqiya) qaçqınlar üçün sığınacaqlardan birində bazar günü yanğın baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, MDR telekanalının yerli polisə istinadən verdiyi məlumata görə, 8 nəfər yaralanıb, bir uşaq ölüb.
Məlumata görə, uşaq evinin yerləşdiyi bina tamamilə yanıb. Orada 300-ə yaxın insan yaşayırdı. Yanğının söndürülməsində 100-ə yaxın yanğınsöndürən iştirak edib.
Hadisənin səbəbi araşdırılır.