Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy gecəsi bədbəxt hadisə - Bəy və gəlin...

Toy gecəsi bədbəxt hadisə - Bəy və gəlin...

Tarix: 5 Iyun 2023 15:20

Hindistanın Uttar Pradeş ştatında bəylə gəlin toydan sonrakı gecə ürək tutmasından dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "India Today" məlumat verib. Hadisənin ötən gün Bəhreyç rayonunun kəndlərindən birində baş verdiyi bildirilir. 22 yaşlı gənc 20 yaşlı qızla evlənib. Toydan sonra cütlük öz otağına çəkilib və səhəri gün onlar ölü tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, məhkəmə-tibb ekspertləri ekspertiza aparıb və məlum olub ki, yeni evlənənlərin ölümünün səbəbi infarktdır.

Eyni zamanda, infarkta nəyin səbəb ola biləcəyi hələlik açıqlanmır. (publika)

Milli.Az


Etiketlər:  Toy gecəsi bədbəxt hadisə Bəy gəlin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ