Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergidən yayınmaq üçün vətəndaşlara kartdan-karta ÖDƏNİŞ təklif edilir... - VİDEO

Vergidən yayınmaq üçün vətəndaşlara kartdan-karta ÖDƏNİŞ təklif edilir... - VİDEO

Tarix: 6 Iyun 2023 14:16

Son zamanlar bəzi restoranlar müştərilərə kartdan-karta ödənişi təklif edirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,artıq bəzi sahibkarlar bu ödəniş növünə üstünlük verməyə başlayıb.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kartdan-karta ödəniş rəsmi ödəniş sayılmadığından bu qeyri-qanuni ödəniş növüdür.

Ekspert bildirdi ki, bu sahədə hər hansı bir texniki problem yaranıbsa bu barədə əvvəlcədən müştəriyə xəbərdarlıq etməlidir.

Dövlət Vergi Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, kartdan-karta ödəmə qanunsuz  sayılır.

Vergi Məcəlləsinə görə POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə 1000-manatdan 6 min manatadək maliyyə sanksiyaları tətbiq olunur.

Belə hallarla üzləşən vətəndaşlar Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Vergidən yayınmaq üçün vətəndaşlara kartdan karta ÖDƏNİŞ təklif edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ