Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 17:38
"Vaqner" qüvvələrinin çoxu Baxmutdan çıxarılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son 48 saat ərzində cəbhənin bir çox hissələrində, o cümlədən bir neçə ay ərzində nisbətən sakit olan bölgələrdə döyüşlərdə intensivləşmə müşahidə olunub.
Böyük Britaniya Kəşfiyyatı "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisənin görünməmiş səviyyəyə çatdığını bildirib.
"Vaqner"in sahibi Yevgeni Priqojin ilk dəfə olaraq Rusiya ordusunun "Vaqner" birləşmələrinə qarşı qəsdən öldürücü güc tətbiq etdiyini iddia edib. Bu toqquşmadan sonra "Vaqner" çox güman ki, Rusiya ordusunun briqada komandirini saxlayıb.
"Vaqner" qüvvələrinin çoxu hazırda Baxmutdan çıxarılıb. Rusiyanın hərbi ehtiyat hissələri az olduğundan, "Vaqner"in Müdafiə Nazirliyinə necə reaksiya verməsi qarşıdakı həftələrdə münaqişədə həlledici amil olacaq",- Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.