Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda güclü külək ağacları aşırıb, yollar bağlanıb

Qaxda güclü külək ağacları aşırıb, yollar bağlanıb

Tarix: 7 Iyun 2023 09:18

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

Dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Gecə saatları olmasına baxmayaraq aparılan tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Milli.Az


Etiketlər:  Qaxda güclü külək ağacları aşırıb yollar bağlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ