Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakiranın bu məşhurla eşq iddiaları güclənir - FOTO

Şakiranın bu məşhurla eşq iddiaları güclənir - FOTO

Tarix: 8 Iyun 2023 05:45

İki övladının atası Pike ilə 11 illik münasibəti xəyanətə görə bitən kolumbiyalı müğənni Şakiranın Formula 1-in pilotu Luis Hemiltonla eşq yaşadığı iddia edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, onları dəfələrlə birlikdə görmək onların sevgi iddialarını gücləndirib.

Sonuncu dəfə cütlük həftə sonu Barselonada keçirilən Formula 1 yarışından sonra bir neçə dostu ilə şam yeməyində görüntülənib və bu, münasibətlərə dair şaiyələri alovlandırıb.

38 yaşlı Luisin ikinci olduğu yarışdan sonra Sudan əsilli kanadalı müğənni Şair Mustafa, FaY Xadra və Şakira ilə şam yeməyinə getdiyi öyrənilib. Şair Mustafanın İnstaqram hekayəsi olaraq paylaşdığı fotoda Hemiltonun Şakiranın belindən sıxması diqqətdən yayınmayıb.

Bildirilir ki, onlar arasında sevgi macərası ötən ay Mayamidə keçirilən Qran Pridə başlayıb. Ulduzlar ilk dəfə qayıqda görüntülənib.

46 yaşlı Şakira ilə 36 yaşlı Pike arasında 11 illik münasibət keçmiş futbolçunun 23 yaşlı sevgilisi Klara Çia ilə münasibətinə görə bitib.

Milli.Az


Etiketlər:  Şakiranın məşhurla eşq iddiaları güclənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ