Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 07:56
UEFA Konfrans Liqasının finalında İngiltərənin "Vest Hem" futbol klubu İtaliyanın "Fiorentina" komandasına qalib gəlib.
Sonxeber.net xəbər verir ki, Praqada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Said Benrahma 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək İngiltərə klubunun qapısına yol tapıb. 67-ci dəqiqədə "Fiorentina" Cakomo Bonaventuranın qolu sayəsində hesabı bərabərləşdirə bilib.
Həlledici an oyunun son dəqiqələrində baş tutub. "Vest Hem"in futbolçusu Carrod Bouen fərqlənərək komandasına qələbə qazandırdı.