Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

690 bal toplayan Mikayıl: “6 ABŞ universitetindən qəbul almışam, amma oxuya bilməyəcəyəm”

690 bal toplayan Mikayıl: “6 ABŞ universitetindən qəbul almışam, amma oxuya bilməyəcəyəm”

Tarix: 9 Iyun 2023 17:50

"Qəbul imtahanının cavabları açıqlananda sevindim. Düzdür, imtahanda tam nəticə gözləyirdim. Mən imtahana ciddi hazırlaşmışdım. Nəticəmin yüksək olacağına da əmin idim".

Bunu ölkə üzrə II ixtisas qrupu üzrə ən yüksək nəticə toplayan Mikayıl Cəfərli oxu.az-a açıqlamasında bildirib. O deyib ki, daim özünü inkişaf etdirməyə, dünyagörüşünü artırmağa çalışıb.

M.Cəfərli bildirib ki, Dövlət İmtahan Mərkəzinin növbəti imtahan şansından istifadə edəcək:

"Tarix və coğrafiya fənlərindən situasiya suallarında səhv etmişəm. İkinci dəfə də şansımı sınayacağam. Məqsədim tam 400 bal toplamaqdır. Mən Türkiyə universitetlərinə də sənəd vermişəm, eyni zamanda, altı ABŞ universitetindən də qəbul almışam. Ancaq maddi problemlər səbəbi ilə ABŞ universitetlərindən birində təhsilimi davam etdirə bilmirəm. Alternativ olaraq da Bakı Ali Neft Məktəbi və ya Azərbaycan İqtisad Universitetini seçəcəyəm".

Qeyd edək ki, M.Cəfərli buraxılış imtahanında 296,7, qəbul imtahanında isə 394 bal toplayıb.

Milli.Az


Etiketlər:  690 bal toplayan Mikayıl 6 ABŞ universitetindən qəbul almışam amma oxuya bilməyəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ