Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xala qucaqlayıb məni otuzdurdu qucağında, zorla ağzımı tutdu...''

''Xala qucaqlayıb məni otuzdurdu qucağında, zorla ağzımı tutdu...''

Tarix: 9 Iyun 2023 18:10

Sonxeber.net bildirir ki, lent.az "Ömrün bir anı" rubrikasında maraqlı əhvalatları təqdim edir.

"Buğlama" komediya-şousu, həmçinin sosial şəbəkələrdəki aktiv iştirakı ilə ilə tanınan bəstəboylu aktyor Amil Verdiyev qısa boyunun ona yaratdığı problemlərdən bəhs edib

Aktyor sosial şəbəkə hesabında başına gəlmiş məzəli əhvalatı danışıb:

"Avtobusa minib işə gedirdim. Avtobus da həmişəki kimi basdırıq idi. Ortalara tərəf irəlilədim ki, dayanmağa yer tapım. Bir gözəl-göyçək xala dayanmadan qışqırır ki, ay uşaq gəl otur qucağımda. Mən utandığımdan dinmirəm, o da susmur. Yaşda məndən də balaca olardı, ancaq  "a bala gəl, ayaq altında əziləcəksən" deyib kirimir. Axırda hətta qışqırdım ki, "mən uşaq deyiləm, yekə kişiyəm". Di gəl dinləmədi, xala belimdən qucaqlayıb məni dartdı, otuzdurdu dizinin üstündə, çabalayıb qışqırmaq istədim, əliylə zorla ağzımı örtdü, dedi ki, dinməz otur. Mən də daha nə eləyim, utandığımdan qıpqırmızı qızarmışam, o da buraxmır. İşə çatana qədər onun qucağında yol getdim"

Qeyd edək ki, Amil Verdiyev ailəlidir, onun xanımı da özü kimi bəstəboydur. Aktyorun Hüseyin adlı bir oğlu var.


Etiketlər:  Xala qucaqlayıb məni otuzdurdu qucağında zorla ağzımı tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ