Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 23:45
"İyunun 16-da Laçında konsert olacaq. Laçına artıq 20 ailə köçüb, həm də orada çalışanlar var. Onlar üçün çıxış edəcəyik".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ehtiram Hüseynov "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, Laçında ilk konsert verən ifaçı olacaq.
E.Hüseynov əlavə edib ki, icazə verildiyi halda köçüb orada yaşamağı düşünür:
"Yenidənqurma işləri gedir. İcazə veriləndə hamımız gedib Laçında yaşayacağıq".