Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 illik dünya rekordu yeniləndi

19 illik dünya rekordu yeniləndi

Tarix: 10 Iyun 2023 08:18

Tokio Olimpiadasının gümüş mükafatçısı efiopiyalı Lamexa Qirma Parisdə keçirilən Brilyant Liqasında 3 000 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 22 yaşlı Qirma məsafəni 7 dəqiqə 52,11 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki nailiyyət 3 sentyabr 2004-cü ildə qətərli Saif Said Şahinə məxsusdur (7:53.63).

2021-ci ildə Tokio Olimpiadasında L.Qirma 3 000 metr məsafəyə maneələrlə qaçışda gümüş medal qazanıb. O, habelə eyni məsafədə iki dəfə dünya çempionatlarının gümüş medallarını qazanıb (2019, 2022).

Milli.Az


Etiketlər:  illik dünya rekordu yeniləndi


RƏYLƏR