Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək

Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək

Tarix: 11 Iyun 2023 13:38

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az


Etiketlər:  Bakıda hava küləkli olacaq dağlıq rayonlarda yağış yağacaq dolu düşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ