Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2023 09:30
Teleaparıcı Maksim Qalkinin Qazaxıstandakı nümayəndəsi Aleksey Puçkov sənətçinin oktyabrın 6-7-də Alma-Atada keçirilməsi planlaşdırılan konsertinin təşkili ilə bağlı problemlərin olduğunu açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, şounun təşkilatçıları bilet satışına başlayıb, lakin sonradan onların satışının qanunsuz olduğu üzə çıxıb. Konsertin keçiriləcəyi Respublika Sarayının nümayəndələrinin sözlərinə görə, məkanla razılaşmadan bilet satışı saxtakarlıq kimi qiymətləndirilə bilər.
Puçkov əlavə edib ki, konsertlə bağlı müqavilə hələ bağlanmayıb.
Qalkin bir müddət əvvəl Antalyadakı çıxışını tamaşaçılara çəkməyi qadağan etmişdi. Konsertdən əvvəl o, qonaqlara üzünü tutub və onlardan telefonlarını yerə qoymalarını istəyib. Mənbə bildirir ki, hər dəfə tamaşaçının əlində telefonu görəndə Qalkin tamaşanı dayandırıb və çəkilişləri dayandırmağı xahiş edib. Bundan əlavə, Qalkin Almaniyadakı tamaşaçıların da eyni istəyə anlayışla yanaşdığını və "heç kəsin çəkiliş aparmadığını" bildirib.