Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Regionları unutmadıq” - Azərbaycanda bir ilk

“Regionları unutmadıq” - Azərbaycanda bir ilk

Tarix: 12 Iyun 2023 14:35

Tanınmış reper Pasterin (Pərviz Quluzadə) uzun zamandır səhnələrdən uzaq olan Paster, iyulun 1 Elektra Events Hall-da solo konsert ilə çıxış edəcək.

Çox saylı istəkləri nəzərə alaraq, xüsusi olaraq həmin konsertə Pasterin pərəstişkarları üçün, konsert günü regionlardan bir başa avtobuslar hərəkət edəcək. Qeyd edək ki, bu Azərbaycanda ilk dəfə baş verən bir haldır və reper bu addımı ilə regionlarda yaşayan pərəstişkarlarına da konsertdə iştirak etmək imkanı yaradır. 

Avtobuslar iyulun 1-i Gəncə, Lənkəran və Şəkidən saat 12:00-da Bakı istiqamətində hərəkət edəcək. Konsert bitdikdən sonra isə regionlardan gələn dinləyiciləri geri qaytaracaqlar.

Qeyd edək ki, Pasterin 27 aprel tarixində işıq üzü görən "Çirkin" albomu artıq 1 000 000 -dan çox dinləmə toplayıb. 

Konsertə biletləri www.iticket.az saytından və Iticket kassalarından əldə edə bilərsiniz

Milli.Az


Etiketlər:  Regionları unutmadıq Azərbaycanda


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR