Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə ucalmışdır - Yücəl Karauz

Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə ucalmışdır - Yücəl Karauz

Tarix: 13 Iyun 2023 15:40

Zəngəzur dəhlizi yoxdursa, Ermənistan dövləti də olmayacaq.

Milli.Az xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərinin əsas simvolu Gülüstan sarayı oldu.

"Gülüstandan həm bölgəyə, həm də dünyaya Azərbaycanın yeni bir regional güc olaraq, Qarabağın Azərbaycana aid olması, Qarabağda üç rəngli bayrağın sonsuza qədər dalğalanması mesjının verilməsi önəmli bir mesajdır. Bu səfərin bir çox önəmli və əsas mahiyyəti var. Birincisi adət-ənənə olaraq Türkiyədə seçkilərdən sonra prezident və nazirlər ilk ziyarəti bu bölgələrə səfər edirlər. Bu bir ənənədir. İkinci məsələ isə 15 iyun tarixində qəbul edilmiş Şuşa bəyannaməsinin il dönümü ilə bağlıdır. Bu bəyannamə ilə Türkiyə və Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə ucalmışdır. Bu iki il müddətində hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, sosial sahələrindəki irəliləyişlər olduqca yükəskdir", - deyə o qeyd edib.

Generalın sözlərinə görə, görüşün əsas məsələlərindən biri buradan ermənilərin "dayıdaylarına" verilən mesajdır.

"Ermənistanın sülh sazişini imzalamaqdan, Azərbaycanla sülh içində yaşamaqdan başqa heç bir çıxış yolu yoxdur. Bunu həm Ermənistan, həm də Ermənistanın qardaşları bilməlidir. Əgər Zəngəzur dəhlizi məsələsi, üç tərəfli sazişin prisinpləri yerinə yetirilmədiyi təqdirdə yaxın zamanda Ermənistan deyə bir dövlət qalmayacaqdır. Türkiyə və Azərbaycanın dik duruşu, bayrağı bərabər qaldırmaları digər türk dövlətlərinə də mesaj olacaq. Şanlı bayrağımız Türkiyə və Azərbaycan var olduqca sonsuza qədər dalğalanacaqdır. Bir millət, iki dövlət, bir yumruq, tək ordu fəlsəfəsi Türkiyə və Azərbaycanı daha güclü və söz sahibi edəcək. Yaşasın Türkiyə - Azərbaycan əzəli və əbədi qardaşlığı",- deyə Yücəl Karauz bildirib.

Milli.Az


Etiketlər:  Şuşa bəyannaməsi ilə Türkiyə Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə ucalmışdır Yücəl Karauz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ