Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nurlan ağladı: “Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi” - VİDEO

Nurlan ağladı: “Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi” - VİDEO

Tarix: 13 Iyun 2023 19:00

"Əmim Ramiz Əzizbəyli barədə danışmaq mənim üçün çox çətindir (ağlayır). Çünki əmi insana ata əvəzi olur. Atamın yoxluğu ilə tam barışmamış illər sonra Ramiz əmimin itkisi bizə dağ çəkdi. Atam dünyasını dəyişəndə fikirləşirdim ki, əmim var, yəni arxa-dayağım var. Amma arxa-dayağı da itirdik".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bunu müğənni Nurlan Əzizbəyli qonaq olduğu verilişlərin birində deyib.

Əmisi, Xalq artisti Ramiz Əzizbəylinin ölümü ilə barışa bilmədiyini söyləyən sənətçi bildirib ki, sənətkar nəvəsinin doğum günündə uzun sürən ağır xəstəlikdən vəfat edib:

"Ölümündən əvvəl Ramiz əmim 9 gün xəstəxanada qalırdı. Onunla heç birimiz görüşə bilmirdik. Tez-tez onun səhhəti ilə maraqlanırdıq. Amma vəziyyətinin ağır olduğunu söyləyirdilər.

Dünyasını dəyişdiyi gün, yəni doqquz iyunda, hamımız onun nəvəsinin ilk ad günü məclisinə getməyə hazırlaşırdıq. Həmin gün isə Ramiz əmimin ölüm xəbərini aldıq. Çox böyük sarsıntı keçirdik. Hələ də onun yoxluğu ilə barışa bilmirik. Elə bilirik ki, hansısa qastrol səfərindədir. Gedib, qayıdacaq".

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib, hətta bir ayağındakı barmaqları amputasiya edilib.

Sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi də açıqlanıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Aktyor "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Milli.Az


Etiketlər:  Nurlan ağladı Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi VİDEO


RƏYLƏR