Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bunu yedikdən sonra GÖZLƏNİLMƏDƏN ÖLDÜ

Bunu yedikdən sonra GÖZLƏNİLMƏDƏN ÖLDÜ

Tarix: 14 Iyun 2023 20:52

ABŞ-da 54 yaşlı kişi ölümcül bakteriya ilə çirklənmiş çiy stiridya (molyusklar tipinin ikitaylılar sinifindən ilbiz-red.) yedikdən sonra ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Sent-Luis dairəsi Səhiyyə Departamenti bildirib ki, həmin şəxs stridyaları Missuri şəhərətrafı bir "Fruit Stand & Seafood" mağazasından alıb. Bununla əlaqədar olaraq, yerli hökumət "The Fruit Stand & Seafood"da qalan bütün istiridyələrə embarqo qoyub və bu yerdən delikates alan hər kəsi bu məhsuldan qurtulmağa çağırıb.

54 yaşlı kişinin ölümü Vibrio vulnificus (vibro ulnificus) bakteriyası ilə yoluxmuş istridyə yeməsi səbəbindən baş verib. İnsanlar, adətən çiy və ya az bişmiş stiridya və digər qabıqlı balıqları yedikdə bu bakteriyaya yoluxurlar.

Vibriozun bu əlamətləri var: ürəkbulanma, qusma, qarın ağrısı, qızdırma və titrəmə. Bu infeksiyası olan insanlar tez-tez reanimasiyaya və ya ətrafların amputasiyasına ehtiyac duyurlar.

Təxminən hər beş yoluxmuş insandan biri ölür. Adətən ölüm immuniteti zəif olan insanlar arasında qeydə alınır.

Səhiyyə Departamentinin məlumatına görə, bakteriya ABŞ-da dəniz məhsulları ilə bağlı ölümlərin 95 faizdən çoxuna cavabdehdir, burada bakterial infeksiyadan ölüm nisbəti təxminən 33 faiz təşkil edir. Vibrio vulnificus ilə yoluxma riskini azaltmaq üçün mütəxəssislər qeyd olunan qidaları yeməməyə və qabıqlı balıqlarla təmasdan sonra əlləri sabun və su ilə yaxşıca yumağa çağırırlar.

Milli.Az


Etiketlər:  Bunu yedikdən sonra GÖZLƏNİLMƏDƏN ÖLDÜ


RƏYLƏR