Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sosial media hesabına müğənnidə qürur yaranıb”

“Sosial media hesabına müğənnidə qürur yaranıb”

Tarix: 15 Iyun 2023 04:05

Müğənni İlhamə Qasımova radioları və televiziyaları tənqid edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə yazıb:

"Kayahan Bakıya gələndə sual verdilər ki, Azərbaycan sənətçilərini tanıyırsınız? Dedi ki, indikiləri yox, soruşdular ki, bəs TV-də, radioda görüb dinləmisiniz? Kayahan dedi ki, burada həm TV-də, həm radioda türk sənətçilərini gördüm, heç nə anlamadım. O vaxt idi ki, müğənniləmizin kliplərini pulla yayımlayırdılar. 11 əcnəbi, 1 yerli - ödənişlə klip yayımlanırdı. Eynilə də radioda. Sistem indiyədək eynidir. Xaricdə radiolar pusquda dayanır ki, ölkələrinin tanınmış müğənni təzə mahnı buraxan kimi bacardıqları qədər ən tez yayım onlarda olsun, bizdə isə mahnını göndərəndən sonra "elçi"ləri 100 dəfə getməlidir. Heç kim deməsin ki, elə deyil. Bütün müğənnilərimiz bu prosesdən keçib. İndi sosial media hesabına müğənninin bir az qüruru yaranıb. Əvvəl qürur harada idi?".


Etiketlər:  Sosial media hesabına müğənnidə qürur yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ