Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Bank III rübü uğurla başa vurdu

Xalq Bank III rübü uğurla başa vurdu

Tarix: 24 Oktyabr 2019 13:57

Bakı. Trend:

2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub. Belə ki, cari ilin sentyabr ayının sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 2 177.37 mln. manata çatıb. Bankın müştərilərə verilən kreditlərinin həcmi 192.17 mln. manat (13,9%) artaraq 1 547.77 mln. manat təşkil edib. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160.39 mln. manat (12,73%) artaraq 1 419.80 mln. manata çatıb.

Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır. Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 365.9 min manat (0,45%) artaraq 82.51 mln. manat, faiz xərcləri isə 3.3 mln. manat (18,84%) azalaraq 14.21 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 9.99 mln. manat (251,52%) artaraq 13.96 mln. manat, qeyri-faiz xərcləri isə 6.76 mln. manat (22%) artaraq 37.26 mln. manat təşkil edib. 2019-cu ilin doqquz ayı ərzində Xalq Bank öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6.56 mln. manat (36.52%) artım nümayiş etdirərək ilin ilk üç rübünü 24.52 mln manat xalis mənfəətlə bitirib. Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125.91 mln. manat (44.57%) artaraq 408.39 mln. manata çatıb, nizamnamə kapitalı isə 364.77 mln. manat təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xalq Bank rübü uğurla başa vurdu


RƏYLƏR