Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Arazdəyəndə ZAVOD tikməklə Azərbaycanı ''zəhərləmək'' istəyir... - VİDEO

Ermənistan Arazdəyəndə ZAVOD tikməklə Azərbaycanı ''zəhərləmək'' istəyir... - VİDEO

Tarix: 17 Iyun 2023 14:06

Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.

Ekoloq Amin Məmmədov deyir ki, Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz.

O, bildirib ki, əgər rəsmi İrəvan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisninin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər. Bundan əlavə onların 30 il ərzində Oxçuçayı çirkləndirməsini də gözardı etmək olmaz.

Qeyd edək ki, Ermənistan unutmamalıdır ki, metallurgiya zavodunun inşa olunduğu Arazdəyən ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Bu səbədən də bu ərazilərin ekoloji durumuna Azərbaycan ictimaiyyətinin həssas yanaşması anlaşılan və məntiqlidir. Vaxtilə yurd-yuvasından didərgin düşümüş Qərbi Azərbaycan icmasının üzvləri zaman yetişdikdə Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən də Arazdəyənə qayıdacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Ermənistan Arazdəyəndə ZAVOD tikməklə Azərbaycanı zəhərləmək istəyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ