Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məni ancaq qovsalar gedəcəyəm” - Canni de Byazi

“Məni ancaq qovsalar gedəcəyəm” - Canni de Byazi

Tarix: 17 Iyun 2023 23:04

"İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq".

Milli.Az matc.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirilən oyun barədə danışarkən deyib. 

"Dalğa Arena"da baş tutan görüşdə millimiz rəqibi ilə bərabərə qalıb - 1:1.
 
Oyunsonrası mətbuat konfransında italiyalı çalışdırıcı komandanın çıxışını dəyərləndirib:
 
"Birinci hissədə oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. Əgər 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik".
 
O, matçdan əvvəl sistemi dəyişməyi düşündüyünü, lakin sonradan fikrini dəyişdiyini etiraf edib: "Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiniz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam".
 
De Byazi müqaviləsinin sonuna qədər istefa verməyəcəyini əlavə edib: "Qrupumuz barədə nə düşünürsünüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim. Özüm getməyəcəyəm, buradayam, işimi görürəm. Məni ancaq qovsalar gedəcəyəm".

Milli.Az


Etiketlər:  Məni ancaq qovsalar gedəcəyəm Canni de Byazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ