Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2023 15:46
Xəbər verdiyimiz kimi, artiq dəniz mövsümü iyunun 15-dən açıq elan olunub.
İnsanlar istirahət məqsədi ilə dənizkənarı obyektlərə gəliblər. Bura Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən çimərliklərdən biridir.
Dənizkənarı obyektin adminstratoru İbrahim Novruzov bildirdi ki, giriş tam pulsuzdur. Yəni dənizə gəlib çimmək istəyənlər obyekt ərazisindən tam pulsuz şəkildə keçid edə bilərlər. O ki, qaldı buradakı vasitələrədən istifadəyə, bunun üçün müəyyən qədər ödənişlər etməlidirlər
Yeməklərin qiymətlərinə gəldikdə isə, bildirildi ki, xüsusilə qarpız və yemişin obyekt ərazisinə gətirilməsinə icazə verilmir.
"Məqsəd zəhərlənmələrin qarşısını almaqdır. Qonaqlar digər yeməkləri sifariş edə bilər."
Təhlükəsizlik məsələsinə gəldikdə isə bildirildi ki, içkililər dənizə buraxılmır.
Əlavə olaraq həm onyektin,həm də Fövqəladə Hallar Nazirliyinin mühafizəçiləri daim əraziyə nəzarət edirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.