Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binalarda zəbt olunan bu hissələr partlayışa belə səbəb ola bilər... - VIDEO

Binalarda zəbt olunan bu hissələr partlayışa belə səbəb ola bilər... - VIDEO

Tarix: 19 Iyun 2023 16:46

Doqquzmərtəbəli binalarda mərtəbələrarası boşluq sahələrə sakinlər tərəfindən qapı qoyulur, kilidlənir, şexsi məqsədlərlə istifadə olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, demək olar ki, istənilən 9 mərtəbədə bunun şahidi oluruq.

Hətta bəzi binalarda lift işləməyən mərtəbələrdə liftin qarşısı belə tutulmuşdu.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, layihələndirmədə əslində  həmin boşluqlar nəzərdə tutulmur, həmin sahələr yük liftlərinin yerləridir. Sadəcə kimnlərsə tərəfindən sakinlərə şəxsi məqsədlər üçün ya satılır, ya da icarəyə verilir.

Bildirildi ki, həmin lift boşluqlarının, bəzən hətta pilləkən qəfəslərinə qədər zəbt olunması fövqəladə vəziyyət baş verəndə böyük fəsadlara səbəb ola bilər.

Qeyd olunub ki,  həmin sahələrin bağlananda bloklara nə pəncərədən gün işığı daxil olur, nə də hava. Nəticədə mərtəbələrdə qaranlıq və havasızlıq hökm sürür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Binalarda zəbt olunan bu hissələr partlayışa belə səbəb ola bilər VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ