Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏCİLİ! Rusiya HƏR AN bu ölkəyə hücum edə bilər - ŞOK DETALLAR

TƏCİLİ! Rusiya HƏR AN bu ölkəyə hücum edə bilər - ŞOK DETALLAR

Tarix: 20 Iyun 2023 07:30

Rusiya uzun müddət Finlandiya və İsveçə NATO-ya üzv olmamaq barədə xəbərdarlıq edirdi. Lakin Ukraynada Putinin göstərişi ilə başlayan müharibədən sonra Moskvanın planı əks nəticə verdi. Ukraynanın işğalından sonra hər iki ölkə NATO-ya üzv olmaq üçün müraciət etdi. İsveçdən fərqli olaraq, Türkiyənin tələblərini yerinə yetirən Finlandiya alyansa üzv oldu.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, İsveçin SVT kanalının parlament mənbələrinə istinadən dərc etdiyi hesabat ölkədə şok effekti yaradıb.

SVT bildirib ki, Rusiya quru qüvvələri hazırda Ukraynada olsa da, İsveçə qarşı digər növ hərbi hücumları istisna etmək olmaz.

"Rusiya hərbi gücdən istifadə baryerini daha da aşağı salıb, yüksək siyasi və hərbi risk nümayiş etdirir. Rusiyanın İsveçə qarşı hava qüvvələri, dəniz donanması, uzaqmənzilli silahlar və ya nüvə silahları ilə əməliyyatlar aparmaq qabiliyyəti toxunulmaz olaraq qalır" - məlumatda qeyd edilib.

Parlament mənbələrinin sızdırdığı bu hesabat barədə hələ də dövlət qurumlarından rəsmi açıqlama gəlməyib.


Etiketlər:  TƏCİLİ Rusiya HƏR ölkəyə hücum edə bilər ŞOK DETALLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ