Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda sexdə yanğın: 2-i uşaq olmaqla 3 nəfər xəsarət alıb

Bakıda sexdə yanğın: 2-i uşaq olmaqla 3 nəfər xəsarət alıb

Tarix: 20 Iyun 2023 09:20

Bakıda təmir sexində yanğın baş verib.

Milli.Az xəbər verir ki, Sabunçu rayon ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.

Nəticədə Kamal Vəliyev, onun övladı 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda sexdə yanğın 2 i uşaq olmaqla 3 nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ