Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

Tarix: 20 Iyun 2023 13:40

İyunun 19-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,56 bahalaşaraq 79,14 dollar olub.

Milli.Az bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,56 dollar bahalaşaraq 77,68 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,36 dollar bahalaşaraq 53,95 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 19-da 0,21 dollar bahalaşaraq 75,47 dollar olub.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti 79 dolları ötüb


RƏYLƏR