Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Epi xanımı rədd eləyib ki…”

“Epi xanımı rədd eləyib ki…”

Tarix: 20 Iyun 2023 17:35

Tanınmış reper Epinin (Əkbər Novruzlu) 8 gündür itkin düşən Qarayeva Səmanın evdən qaçmasına kömək etməsi iddiasına cavab verilib.

Milli.Az bildirir ki, sənətçinin köməkçisi tərəfindən olay-a verilən açıqlamada bildirilir ki, ifaçı köməklik üçün repçiyə müraciət edib:

"Xanımın Epi ilə bir əlaqəsi yoxdur. O, evdən uzaqlaşmaq üçün kömək istəyib. Epi isə xanımı rədd eləyib ki, belə problem yaşanmasın. Anası şüphəsi səbəbindən çıxıb verilişdə Epinin adını çəkib".

Qeyd edək ki, "Səni axtarıram" verilinişinin dünənki buraxılışında anası iddia edib ki, bir ildir qızı Epi ilə danışıb və övladının qaçmasına repçi köməklik göstərib.

Milli.Az


Etiketlər:  xanımı rədd eləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ