Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, kasıb psixologiyasıdır''

''Bu, kasıb psixologiyasıdır''

Tarix: 20 Iyun 2023 18:45

"Mətn çox vacibdir. İndi insanlar özünü "dərdliyəm" modunda göstərməyi sevir. Ona görə də dərtli mətnləri sevir. Lirik mahnıda həzin ayrılıq, həsrət olub".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Astar" yutub layihəsində qonaq olanda deyib. Hazırda yazılan mahnıların mətnindən gileylənən müğənni onları "lezva" mahnılar adlandırıb:

"İndi "ömür fani", "qalmışam tək" tipli mətnlər sevilir. "Detdom uşağının nəyi olmur, atam", "kasıbın həyatı" kimi sözlər dinlənilir. Bunun kasıbçılıqla əlaqəsi yoxdur. Bu, kasıb psixologiyasıdır. Təbiət sənin nə istədiyini dinləyir, dilinə gətirməsən, fikrindən keçirtsən belə. Bütün günü "qarabəxtliyəm, bəxtim gətirməyəcək" kimi kitaba, mahnıya bağlanırsansa, Allah sənə heç nə verməyəcək. İndi "lezva" mahnılar başqa qəbil ifaçıların çörəyidir".


Etiketlər:  kasıb psixologiyasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ