Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da ilk dəfə laboratoriya şəraitində yetişdirilən toyuq ətinin satışına icazə verilib

ABŞ-da ilk dəfə laboratoriya şəraitində yetişdirilən toyuq ətinin satışına icazə verilib

Tarix: 22 Iyun 2023 08:24

ABŞ Kənd Təsərrüfatı Departamenti Kaliforniya ştatından iki şirkətə laboratoriyada canlı quşların hüceyrələrindən yetişdirilən toyuq ətinin satışına icazə verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Belə ki, "Upside Foods" və "Good Meat" şirkətləri bir neçə ay sonra öz məhsullarını supermarket və restoranlara çatdırmaq üçün rəsmi icazə alıb.

Toyuq əti laboratoriyada polad çənlərdə yetişdirilir. Bunun üçün canlı quş hüceyrələrindən, mayalanmış yumurtalardan və ya xüsusi hüceyrə bankalarından istifadə olunur. İstehsal prosesində hüceyrə kütləsinə ənənəvi ət məhsullarının forması - kotletlər, kolbasa və ya fileto parçaları verilir.

Milli.Az


Etiketlər:  ABŞ da ilk dəfə laboratoriya şəraitində yetişdirilən toyuq ətinin satışına icazə verilib


RƏYLƏR