Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın Qarabağ ermənilərinə qarşı qətliam PLANI - Paşinyan Bakıya "buynuz" göstərir

Ermənistanın Qarabağ ermənilərinə qarşı qətliam PLANI - Paşinyan Bakıya

Tarix: 22 Iyun 2023 12:39

Ermənistanın Azərbaycana qarşı sülh ritorikasının yenidən dəyişdiyi açıq-aydın görünür. Bu gün bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirdiyi bəyanatlarla növbəti dəfə təsdiqləmiş oldu. "Azərbaycan Qızıl Xaç nümayəndələrinin Laçın dəhlizi ilə hərəkətinə əngəl törədir", deyə o bildirib.

Ermənistanın dövlət başçısı eyni zamanda BMT Təhlükəsizlik Şurasını Laçın dəhlizinin blokunun açılması məsələsinə baxmağa çağırıb.

Paşinyan nə gözləyirdi ki? Təxribatlarının davam etdiyi bir zamanda, Laçın sərhəd-buraxılış məntəqəsinin hədəf seçildiyi bir vaxtda Azərbaycan tərəfinin postu açıq saxlamasını Ermənistan baş naziri hansı məntiqlə tələb edə bilər?! Əslində Paşinyandan məntiq gözləmək də əbəsdir. Nikol Paşinyanın bu tələbinin hansı məqsəddən qaynaqlandığı isə sirr deyil:

Paşinyan istəyir ki, gərginliyin pik həddə olduğu, istənilən an yenidən Laçın postuna hücumun baş vermək ehtimalının yüksək olduğu bir vaxtda digər aktorların əli ilə guya Xankəndinin blokadada olduğunu bəhanə gətirərək, Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən, söz sahibi olan dövlət və dövlət başçıları vasitəsi ilə təzyiqlər artsın. Nəticə etibarı ilə Azərbaycan Laçın yolu ilə hərəkətin bərpası məsələsini həyata keçirməyə məcbur edilsin.

Ermənistan hərbi-siyasi rəhbərliyinin bunu istəməkdə əsas məqsədi odur ki, Laçın sərhəd-buraxılış məntəqəsindən Qarabağın dinc erməni sakinləri istifadə edərkən növbəti silahlı insident baş versin və bu dəfə hədəf kimi məhz Qarabağın erməni əhalisi seçilsin. Nəticədə baş verəcək faciəvi olaya görə Azərbaycanı Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyəcəyi, birgə yaşayış üçün rəsmi Bakının üzərinə götürdüyü öhdəliklərin kifayət etməyəcəyi kimi əsassız, öncədən düşünülmüş məkirli planlarını həyata keçirələr.

Məqsəd gün kimi aydındır. Ermənistan tərəfi hər vəchlə çalışır ki, Bakı ilə İrəvan arasında sülh danışıqlarının növbəti mərhələsini dalana dirəsin, prosesə mane olsun. Bu vəziyyətin hazırki durumda kimin planlarına uyğun olduğu da hər kəsə bəllidir. Demək ki, Nikol Paşinyan hakimiyyəti növbəti dəfə sülhə mane olmaq, danışıqlar prosesini əngəlləmək məqsədi ilə hətta Qarabağda öz soydaşlarına qarşı qətliam törətməyə belə hazırdır.

Rəsmi Bakının mövqeyi isə bu məsələdə qətidir. Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və bu cür təzyiq vasitələri ilə hər hansı beynəlxalq mexanizmin yaradılmasının mümkün olacağı xülyasından Ermənistan rəhbərliyi nə qədər tez ayılsa, o qədər onun özü üçün yaxşı olar.

Milli.Az


Etiketlər:  Ermənistanın Qarabağ ermənilərinə qarşı qətliam PLANI Paşinyan Bakıya buynuz göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ