Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydəki hadisələri bu şəxs təşkil edib? - SENSASİON SƏS YAZISI YAILDI - FOTO - AUDİO

Gədəbəydəki hadisələri bu şəxs təşkil edib? - SENSASİON SƏS YAZISI YAILDI - FOTO - AUDİO

Tarix: 23 Iyun 2023 12:12

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcədən təşkil edilməsi və təşkilatçılardan biri olduğu deyilən şəxsin səs yazısı sosial şəbəkələrdə yayılıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, səs yazısından aydın şəkildə anlamaq olur ki, dinc sakinləri manipulyasiya edərək, planlı şəkildə təxribat törədilən əraziyə getməyə sövq etməyə çağırışlar edilir.

Belə ki, törədilmiş təxribatın əsas təşkilatçılarından birinin Afiq Allahverdiyev olması iddia edilir. Rusiyada yaşadığı deyilən bu şəxs polislərlə kənd sakinləri arasında yaşanan və geniş müzakirələrə səbəb olan təxribatı bir müddət əvvəl planlaşdırıb. Səs yazısından belə aydın olur ki, bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər ediblər.

Belə ki, o, kənd sakinlərini yaratdıqları "WhatsApp" qrupu vasitəsilə idarə edib və "birlik" olmağa çağırıb.

Afiq Allahverdiyev həmin qrupa atdığı səslərdən birində deyir ki, sözügedən əraziyə təşkilatlaşmış, hazırlıqlı vəziyyətdə çıxmaq lazımdır:

"Onlar ora necə hazırlıqlı çıxmışdılar, biz də elə çıxmalıyıq. Ora rahat çıxmaq üçün əvvəlcə başqa işləri görmək lazım idi. Mən yuxudan oyananda gördüm ki, hamı oradadır, millətin yarısının isə heç xəbəri yoxdur. Çıxan adamların da sayı 100-200 nəfər olub. Qalanların xəbəri yoxdur, siz onlara fikir verməyin. Əgər istəmirsinizsə, sabah onlara salam verməyin. Amma indi bunun vaxtı deyil, onu gələcəkdə edərsiniz. O gəlməyənlərin adını bir-bir çəkmək lazımdır. Demək lazımdır ki, bunlar, bunlar, etiraz etdilər, sizinlə birlikdə irəli çıxmadılar. Kimdən soruşursan deyir oğlum, qızım orada işləyir.

Ay qardaş, orda Söyüdlü kəndindən cəmi 60 nəfər adam işləyir. Bu 4-5 min əhalinin yanında 60 nəfər nə deməkdir? Qoy onların 100 nəfəri orada işləsin, 100 nəfərin də qohumu orada işləmiş olsun, 500 nəfəri xəstə olsun. Bəs bunların qalanı hanı? Çayxanada oturub domino oynayanların adını çəkmək lazımdır ki, filankəslər irəli çıxmadı. Yoxsa Moskvada oturan yoldaşlar heç nə etmədi demək lazım deyil. Moskvada oturanlar neyləsinlər?"

Bununla yanaşı o, həmçinin aksiyadan çəkilmiş görüntülərin sosial şəbəkələrdə geniş yayılmasını da təmin edib.

Bütün bu manipulyativ addımlar isə öz növbəsində sakinləri qəzəbləndirib. İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Afiq Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirərək onları İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı, digər qurumlara da qarşı etiraz etməyə çağırıb.

Bütün bunları şəxsin yayılan səs yazılarından başa düşmək olar.

Aşağıda Afiq Allahverdiyevin "WhatsApp" qrupu vasitəsilə sakinlərə göndərdiyi səs yazısını dinləyə bilərsiniz:


Etiketlər:  Gədəbəydəki hadisələri şəxs təşkil edib SENSASİON SƏS YAZISI YAILDI FOTO AUDİO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ