Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda banan idxal qiymətindən 3 dəfə baha satılır

Azərbaycanda banan idxal qiymətindən 3 dəfə baha satılır

Tarix: 23 Iyun 2023 15:36

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 min 76 ton banan idxal edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1.24 manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə bananın orta satış qiyməti 3.30 manata bərabər olub. İdxal qiymətinin sabit qalmağına baxmayaraq bananın qiyməti son bir ildə 25% artım göstərib.

Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir.

Nəzərə alaq ki, Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.

Milli.Az


Etiketlər:  Azərbaycanda banan idxal qiymətindən 3 dəfə baha satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ